[b]“Qarabağ”ın “Olimpiya” ilə oyunlarının saatı açıqlandı[/b]
22.06.2018 - 09:49
[b]“Qarabağ”ın “Olimpiya” ilə oyunlarının saatı açıqlandı[/b]

“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Olimpiya” ilə oyunlarının tarixi və başlama saatı açıqlanıb. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, ilk görüş iyulun 11-də baş tutacaq.

 

Lyublyana şəhərinin “Stojitse” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 22:00-da start götürəcək.

 

Cavab matçı isə iyulun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq. Bu oyunun start fiti 21:00-da səslənəcək.

0