[b]“Qarabağ”ın oyunu hansı hakimə tapşırıldı?[/b]
18.08.2017 - 17:34
[b]“Qarabağ”ın oyunu hansı hakimə tapşırıldı?[/b]

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə II turun oyunları üçün bütün təyinatlar müəyyənləşib. Apasport.az PFL-in saytına istinadən xəbər verir ki, çempion “Qarabağ”ın “İnter”lə görüşü Rauf Cabbarova həvalə edilib.

 

FİFA referisi Əliyar Ağayev isə “Qəbələ” – “Sumqayıt” qarşılaşmasında ədalət təmsilçisi olacaq.  

 

19 avqust (şənbə)

18:00. “Səbail” – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, İsgəndər Əliyev, Orxan Məmmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov 
“Dalğa Arena”

 

20:00. “Qarabağ” – “İnter”
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Elman Musayev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
“Azərsun Arena”


20 avqust (bazar)

17:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əhmədağa Cabbarov 
Yevlax şəhər stadionu

 

20:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu
 

0