[b]“Qarabağ”ın oyununa türkiyəli hakim[/b]
21.11.2017 - 10:22
[b]“Qarabağ”ın oyununa türkiyəli hakim[/b]

UEFA Gənclər Liqasında “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası ilə “Çelsi”nin U-19 komandası arasında sabah keçiriləcək matçın hakimləri açıqlanıb. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş türkiyəli referilərə həvalə edilib.

 

Matçın baş hakimi funksiyasını Alper Ulusoy yerinə yetirəcək. Ona Mehmet Emin Tuğral və Deniz Caner Özaral yardımçı olacaqlar. Dördüncü hakim funksiyası isə azərbaycanlı hakim Orxan Məmmədov yerinə yetirəcək.

 

Qeyd edək ki, “Azərsun Arena”da keçiriləcək “Qarabağ” və “Çelsi”nin gəncləri arasında oyun saat 15:00-da start götürəcək.  

0