[b]"Qarabağ"ın oyununda danimarkalı “casus”[/b]
11.08.2017 - 21:46
[b]"Qarabağ"ın oyununda danimarkalı “casus”[/b]

Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start verilir. Apasport.az saytının məlumatına görə,8-ci km qəsəbə stadionunda keçirilən "Neftçi" - "Qarabağ" görüşündə danimarkalı “casus” diqqət mərkəzinə düşüb.

 

Belə ki, Ağdam klubunun bu oyunu Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Kopenhagen"in də diqqətindən kənarda qalmayıb. Danimarka klubunun baş məşqçisi Stole Solbakken köməkçilərindən birini Bakıya göndərib. Həmin məşqçi bu dəqiqələrdə görüşü tribunadan canlı izləyir.

 

Qeyd edək ki, "Qarabağ"la "Kopenhagen" arasındakı ilk matç avqustun 15-də Bakıda, cavab görüşü isə 23-də səfərdə keçiriləcək.

 

0