[b]“Qarabağ”ın oyununda məşhur simalar[/b]
12.09.2017 - 17:32
[b]“Qarabağ”ın oyununda məşhur simalar[/b]

“Qarabağ”ın U-19 komandası UEFA Gənclər Liqasında “Çelsi” ilə qarşılaşır. Apasport.az saytı xəbər verir ki, hazırda ikinci hissəsi oynanılan matçı tanınmış simalar da izləyir.

 

London təmsilçisinin Surreydəki təlim-məşq bazasında keçirilən qarşılaşmanı “Çelsi”nin sabiq futbolçuları Co Koul və Paulo Ferreyra da seyr edirlər.

 

2003-2010-cu illərdə “zadəganlar”ın formasını geyinmiş Koul hazırda ABŞ-ın “Tampa-Bey Raudis” klubunda çıxış edir. Futbolçu karyerasını “Çelsi”də bitirən Ferreyra isə hazırda London təmsilçisinin səfiridi.

0