[b]“Qarabağ”ın potensial rəqiblərinin sayı 5-ə endi[/b]
18.06.2018 - 18:52
[b]“Qarabağ”ın potensial rəqiblərinin sayı 5-ə endi[/b]

Sabah Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. Apasport.az saytının məlumatına görə, klublar artıq qruplara bölünüblər.

Səpələnmişlər arasında yer alacaq Azərbaycan çempionu “Qarabağ”ın da potensial rəqibləri müəyyənləşib. I qrupda yer alan ağdamlıların mümkün rəqiblərinin sayı 16-dan 5-ə enib. Qurban Qurbanovun yetirmələrinin bəxtinə püşk “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Sloveniya), “Suduva” (Litva) və ya “Torpedo”nu (Kutaisi, Gürcüstan) çıxaracaq.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.

0