[b]“Qarabağ”ın qapıları yeni sponsorlara açıqdı” – Əmrah Çəlikəl[/b]
14.11.2017 - 13:55
[b]“Qarabağ”ın qapıları yeni sponsorlara açıqdı” – Əmrah Çəlikəl[/b]

“Bizim “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdu. Doğrudu, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb” Apasport.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın direktoru Əmrah Çəlikəl deyib.

 

Klubun rəsmi saytına açıqlamasında Türkiyənin “Damat” şirkətinin Ağdam təmsilçisinə sponsorluq etməsi barədə yayılan xəbərlərə münasibət bildirən Çəlikəl Türkiyə şirkətinin prezidentinin belə iddialarının həqiqətdən uzaq olduğunu qeyd edib: “Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb. “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdı. Amma hal-hazırda, artıq qeyd etdiyim kimi, “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdu”.

 

0