[b]“Qarabağ”ın rəqibində ciddi itki[/b]
12.10.2017 - 00:35
[b]“Qarabağ”ın rəqibində ciddi itki[/b]

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Roma” itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “canavarlar” Stefan El Şaaravinin xidmətindən məhrum olub.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində İtaliya millisinin heyətində Albaniya ilə oyunda xəsarət alan hücumçu ən az bir oyun komandasına kömək edə bilməyəcək.

 

Həkimlər futbolçunun oktyabrın 18-də “Çelsi” ilə Çempionlar Liqası oyununa qədər sağaltmağa çalışırlar, ancaq onun “Napoli” ilə A seriyası matçında meydana çıxmayacağı dəqiqdir.

 

Qeyd edək ki, El Şaaravi bu mövsüm “Roma” ilə 8 oyunda meydana çıxıb. O, 2 qol vurub və daha iki dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb. 

0