16 Oktyabr 18:06 “Qarabağ”ın rəqibində müdafiəçi problemi
FUTBOL xəbərləri 16 Oktyabr 18:06
533 baxış

“Qarabağ”ın rəqibində müdafiəçi problemi

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Roma” bəd xəbər alıb. Apasport.az saytı “Gazzetta dello Sport”a istinadən xəbər verir ki, “canavarlar”ın zədəli futbolçusu Konstantinos Manolas sıraya deyilən vaxtdan bir qədər də gec dönəcək.

 

Belə ki, həkimlər yunanıstanlı müdafiəçinin bərpa prosesinin uzanacağını bildiriblər. Manolasın təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacağı müəyyənləşib. Romalılar 26 yaşlı futbolçunun noyabrın 5-də “Fiorentina” ilə keçiriləcək matça hazır olacağına ümid edirlər.

 

Qeyd edək ki, “Napoli” ilə çempionat matçında zədələnən Manolas 59-cu dəqiqədə Federiko Fazio ilə əvəzlənmişdi. 

Xəbər lenti