[b]“Qarabağ”ın rəqibində növbəti itki[/b]
23.10.2017 - 16:10
[b]“Qarabağ”ın rəqibində növbəti itki[/b]

Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Atletiko”nun daha bir futbolçusu zədələnib. Apasport.az saytı “Marca”ya istinadən xəbər verir ki, Madrid klubunun üzvü Xose Ximenes sıradan çıxıb.

 

Uruqvaylı müdafiəçi dünən məşq zamanı narahatlıq yaşayıb. Əvvəlcə bunun butsları ilə bağlı olduğunu düşünsə də, az sonra fikrində yanılıb. Belə ki, Ximenes butslarını dəyişəndən sonra da ayağında ağrıların olduğunu hiss edib. Nəticədə 22 yaşlı mərkəz müdafiəçisi məşqi yarımçıq tərk etmək məcburiyyətində qalıb. Ximenesin zədəsinin ciddi olub-olmadığı tam tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

 

Bundan əlavə, Koke və Yannik Karraskonun zədəsini hələ sağaltmadığı bildirilir. Bu futbolçular yalnız trenajor zalında məşq edirlər.

 

Qeyd edək ki, Bakıda “Qarabağ”la qolsuz heç-heçə edən “Atletiko” oktyabrın 31-də Ağdam klubunu öz meydanında qəbul edəcək.

0