[b]“Qarabağ”ın yeni transferi Ronaldo və Paulinyo ilə eyni siyahıda[/b]
18.07.2018 - 12:56
[b]“Qarabağ”ın yeni transferi Ronaldo və Paulinyo ilə eyni siyahıda[/b]

Dünya çempionatından sonra mundial iştirakçıları arasında klubunu dəyişən ən yaxşı futbolçuların siyahısı dərc edilib. Apasport.az saytı xəbər verir ki, “Qarabağ”ın yeni transferi Hannes Halldorsson da ilk “onluğ”a düşüb.

 

Rusiyadakı turnirin qrup mərhələsində Argentina ilə keçirilən matçda Lionel Messinin penalti zərbəsini dəf etməklə məşhurlaşan Halldorssonun ümumilikdə çıxışı yüksək dəyərləndirilib. Bunun nəticəsi kimi də İslandiya millisinin qolkiperi bir neçə gün əvvəl Çempionlar Liqasında mübarizə aparan “Qarabağ”la anlaşıb.

 

İlk “10-luq”da yer alan futbolçular arasında Kriştianu Ronaldo, Paulinyo, Tomas Lemar və Xerdan Şakiri kimi ulduzlar da var.

 

Mundialdan sonra klubunu dəyişən ən yaxşı 10 oyunçu:

Kriştianu Ronaldo (Portuqaliya) – “Real”dan “Yuventus”a

Paulinyo (Braziliya) - “Barselona”dan “Quançjou Everqrand”a

Tomas Lemar (Fransa) - “Monako”dan “Atletiko”ya

Xerdan Şakiri (İsveçrə) – “Stok Siti”dən “Liverpul”a

Əşrəf Hakimi (Mərakeş) – “Real”dan Dortmund “Borussiya”sına (icarəyə)

Miguel Layun (Meksika) - “Porto”dan “Vilyarreal”a

Lukas Torreyra (Uruqvay) - “Sampdoriya”dan “Arsenal”a

Hannes Halldorsson (İslandiya) - “Randers”dən “Qarabağ”a

Alvaro Odriozola (İspaniya) - “Real Sosyedad”dan “Real”a

Oqenekaro Etebo (Nigeriya) – “Feyrense”dən “Stok Siti”yə

0