[b]“Qarabağ”la oyunöncəsi “Kukesi”də problem[/b]
22.07.2018 - 19:11
[b]“Qarabağ”la oyunöncəsi “Kukesi”də problem[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Kukesi” heyətlə bağlı problem yaşayır. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, Albaniya çempionunun iyulun 25-dəki görüşə hansı heyətlər çıxacağı böyük maraq doğurur.

 

Vangel Zquronun yoxluğunda baş məşqçi Armando Kunqu yarımmüdafiənin sol cinahında kimə şans verəcəyinə qərar verməyib. “Valletta” ilə cavab qarşılaşmasında qırmızı vərəqə alan Zquro bu üzdən “Qarabağ”la Albaniyadakı matçı buraxacaq. Həmkarlarımızın fikrincə, ilk oyunda baş məşqçinin əsas məqsədi komandanın qol buraxmaması olacaq. Bu üzdən onun yarımmüdafiə xəttindəki problemi də müdafiəçilərlə yoluna qoyması gözlənilir.

 

Variantlardan biri sağ cinah müdafiəçisi Villiam Korderonun yarımmüdafiənin solunda iştirakıdı. Belə olarsa, onun boşluğunu Edis Malikyi dolduracaq.

0