[b]Qaret Beylə ölkəsindən şok xəbər[/b]
13.11.2017 - 19:44
[b]Qaret Beylə ölkəsindən şok xəbər[/b]

Son günlər zədələrdən başı açılmayan Qaret Beyl daha bir bədbəxt hadisəyə üzülüb. Apasport.az saytının məlumatına görə, “Real”ın futbolçusunun qohumu öldürülüb.

 

Belə ki, oyunçunun doğulduğu Uelsin paytaxtı Kardiffdən bir az aralıda yerləşən qəsəbədəki şəxsi evində meyiti aşkarlanan şəxsin Aleksandr Uilyams olduğu bəlli olub. Sözgedən şəxs Qaretin nişanlısı Emmanın bacısının həyat yoldaşıdır.

 

Britaniya polisi qətlin hansı zəmində baş verdiyini açıqlamır.

 

Qeyd edək ki, növbəti dəfə zədə alan Beyl qarşıdakı bir ayda meydana çıxa bilməyəcək.

0