18 Sentyabr 19:35 “Qəbələ” 3 cavabsız qolla vahid lider oldu
FUTBOL xəbərləri 18 Sentyabr 19:35
645 baxış

“Qəbələ” 3 cavabsız qolla vahid lider oldu

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin çempionatında V turun daha bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ” “Səbail”lə qarşılaşıb.

 

Binə qəsəbə stadionunda keçirilən oyun “qırmızı-qaralar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qonaqların heyətində Rövlan Muradov bir qol vurub, Ülvi İskəndərov isə dublla yadda qalıb.

 

Turun digər matçlarında “Zirə” “Neftçi”yə qalib gəlib (1:0), “Sumqayıt” isə “İnter”lə bərabərliyə razılşıb (1:1).

 

Qeyd edək ki, 5 oyundan sonra aktivində 15 xal olan “Qəbələ” turnir cədvəlinin vahid lideridir.