[b]“Qəbələ” dayanmır[/b]
22.06.2018 - 01:34
[b]“Qəbələ” dayanmır[/b]

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, qırmızı-qaralar” Sloveniyada təşkil olunan təlim-məşq toplanışının ikinci gününü arxada qoyub.

 

Komanda ötən günü bir məşqlə yekunlaşdırıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında baş tutan məşq prosesində futbolçular öncə fiziki hazırlıq keçiblər.

 

Ardınca isə oyunçular toplu çalışmaları yerinə yetiriblər.

0