[b]"Qəbələ", "Neftçi" və "Keşlə"nin Avropa Liqasındakı rəqibləri bəlli oldu - YENİLƏNİB[/b]
20.06.2018 - 14:12
[b]"Qəbələ", "Neftçi" və "Keşlə"nin Avropa Liqasındakı rəqibləri bəlli oldu - YENİLƏNİB[/b]

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, ölkəmizi turnirdə təmsil edəcək klublarımızın rəqibləri müəyyənləşib.

Topaz Premyer Liqasının gümüş mükafatçısı Qəbələ”nin bəxtinə Lüksemburqun "Proqres" klubu düşüb. Bürünc medalçı “Neftçi” Macarıstanı təmsil edən "Uypeşt"lə, Azərbaycan kubokunun qalibi "Keşlə" isə "Baltsan"la (Malta) qarşılaşacaq.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 12-də və 19-da keçiriləcək.

Avropa Liqası

I təsnifat mərhələsi

"Baltsan" (Malta) - "Keşlə"

"Neftçi" - "Uypeşt" (Macarıstan)

"Proqres" (Lüksemburq) - "Qəbələ"

0