[b]“Qəbələ” bərabərliklə başladı - YENİLƏNİB[/b]
23.06.2018 - 21:52
[b]“Qəbələ” bərabərliklə başladı - YENİLƏNİB[/b]

Sloveniyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ilk yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, səfər öncəsi Bakıda MOİK-lə matçda (1:1) qüvvəsini sınayan “qırmızı-qaralar” mövsümlərarası fasilədə ilk beynəlxalq görüşünü keçirib.

 

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda Albaniyanın “Kukesi” klubu ilə görüşüb. Matç 1:1 hesablı bərabərliklə yekunlaşıb. Təmsilçimizin heyətində Stiven Monroz fərqlənib.

 

Yoxlama görüşü

23 iyun

 

“Qəbələ” (Azərbaycan) – “Kukesi” (Albaniya) - 1:1

Qol: Stiven Monroz, 79 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 18. İlqar Qurbanov, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 33. Təmkin Xəlilzadə, 28. Stiven Monroz, 10. Rauf Əliyev

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 88. Sabien Lilay, 89. Abbas Ağazadə

Baş məşqçi: Sənan Qurbanov

0