[b]“Qəbələ” “Milan”a məğlub oldu[/b]
20.05.2017 - 00:48
[b]“Qəbələ” “Milan”a məğlub oldu[/b]

İtaliyanın Rimini şəhərində keçirilən Flavio Perottinin xatirəsinə həsr olunan turnirə start verilib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandası yarışın ilk günündə iki qarşılaşmaya çıxıb.

 

Ülfət Mədətovun baş məşqçisi olduğu komanda I mərhələnin A qrupunda keçirdiyi görüşlərdə İtaliya təmsilçiləri ilə üz-üzə gəlib.

 

“Qəbələ” ilk oyununda “Milan”la görüşüb. “Qırmızı-qaralar” bu matçda 0:3 hesabı ilə məğlub olub. İkinci görüşdə təmsilçimiz “Spal 2013” ilə qarşılaşıb. Görüş qolsuz bərabərliklə nəticələnib.

 

Beləliklə, “qırmızı-qaralar” ilk iki turda 1 xal toplayıb. Qrup mərhələsinin son oyunları sabah keçiriləcək. “Qəbələ” son matçda “Kapilan Pallo” ilə oynayacaq.

0