[b]“Qəbələ” önündə autsayderik” - “Proqres” rəsmisi[/b]
22.06.2018 - 11:02
[b]“Qəbələ” önündə autsayderik” - “Proqres” rəsmisi[/b]

“Ötən mövsüm “Reyncers” üzərindəki qələbədən sonra populyarlaşmışıq. Düzü, bu mövsüm “Qəbələ” ilə düşəcəyimizi hiss etmişdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Proqres” klubunun idman direktoru Tomas Gilgeman deyib.

 

O, Lüksemburq mətbuatına açıqlamasında Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə keçiriləcək qarşılaşmaları dəyərləndirib. Gilgeman öncə uzun səfərin onları qorxutmadığını vurğulayıb: “Azərbaycana uzun səfər üçün hər şeyi təşkil edəcəyik. Səyahət agentlikləri ilə əlaqə saxlamışıq və hər şey tez bir zamanda yüksək səviyyədə həll olunacaq”.

 

İdman direktoru cütlüyün favoriti qismində Azərbaycan klubunu görür: “Qəbələ”ni kəşf etmək üçün çox araşdırma aparmağa ehtiyac yoxdu. Çünki rəqibimiz son illər iki dəfə Avropa Liqasının qrup mərhələsində iştirak edib. Onlar “Borussiya” (Dortmund), “Krasnodar”, PAOK, “Anderlext”, “Maynts”, “Sent-Etyenn” kimi komandalarla qarşılaşıblar. Yəni bizim üçün çox çətin olacaq. Hər halda biz hələ də autsayderik. Ötən il “Reyncers” və AEL-lə görüşlərdə olduğu kimi. Püşkatmada səpələnmişlərin sırasına düşmək üçün hələ çox xallar toplamalıyıq”.

 

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 12-də Azərbaycanda, cavab qarşılaşması isə bir həftə sonra Lüksemburqda keçiriləcək.

0