[b]“Qəbələ” öz meydanında məğlub oldu - YENİLƏNİB[/b]
12.07.2018 - 21:52
[b]“Qəbələ” öz meydanında məğlub oldu - YENİLƏNİB[/b]

Azərbaycanı Avropa Liqasında təmsil edən “Qəbələ” bu gün ilk matçına çıxıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” I təsnifat mərhələsində Lüksemburq klubu “Proqres”i qəbul edib.

 

Topaz Premyer Liqasının gümüş mükafatçısı matçın favoriti hesab olunurdu. Bu, eyni zamanda baş məşqçisi Sənan Qurbanovun ilk rəsmi matçı idi. Heyətində bəzi dəyişikliklər edən “Qəbələ”dən doğma azarkeşləri önündə qələbə gözlənilirdi. Lakin gözlənilmədən Lüksemburq təmsilçisi ikinci hissədə 10 dəqiqə ərzində 2 cavabsız qol vuraraq, öz meydanına sərfəli nəticə ilə dönür. İşini çətinə salan təmsilçimiz isə artıq səfərdə 3 cavabsız qolla qələbə qazanmaq məcburiyyətindədi.

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyun

 

12 iyul

20:00. “Qəbələ” (Azərbaycan) – “Proqres” (Lüksemburq) - 0:2

Qollar: Mayron de Almeyda, 51; Olivye Till, 61 (pen.)

Sarı vərəqələr: Jozef Monroz, 15; Təmkin Xəlilzadə, 84 - Sebastyan Till, 65; Sebastyan Floss, 72

Hakimlər: Vyaçeslav Banari, Vasile Ermişin, Dumitru Çiobanu, Andrey Kojokaru (hamısı Moldova)

Hakim-inspektor: İqor Pristovnik (Xorvatiya)

UEFA nümayəndəsi: Nikoloz Jqarkava (Gürcüstan)

Qəbələ. Şəhər stadionu

“Qəbələ” (Azərbaycan): 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç (21. Lalavele Atakora, 72), 4. Elvin Camalov (33. Təmkin Xəlilzadə, 57), 10. Rauf Əliyev, 11. Asif Məmmədov (k), 17. Sequn Adeniyi (7. Roman Hüseynov, 76), 18. İlqar Qurbanov, 27. Bəhlul Mustafazadə, 28. Jozef Monroz, 34. Ürfan Abbasov, 88. Sabien Lilay
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 32. Amin Seydiyev
Baş məşqçi: Sənan Qurbanov

“Proqres” (Lüksemburq): 1. Sebastyan Floss, 7. Mayron de Almeyda, 9. Yannik Bastos (70. Matias Markes, 85), 10. Olivye Till (5. Ben Vogel, 80), 14. Emmanuel Fransuaz, 19. Mario Mutş, 20. Cordan Qobron, 22. Marven Martens, 23. Adrian Ferino, 31. Sebastyan Till (k), 34. Tim Hall
Ehtiyat oyunçular: 13. Çarli Şinker, 8. Dino Ramdedoviç, 17. David Soareş, 21. Kevin Kerger, 28. Romeu Torres
Baş məşqçi: Paolo Amodio

0