[b]"Qəbələ" Sloveniya toplanışına start verdi[/b]
21.06.2018 - 00:37
[b]"Qəbələ" Sloveniya toplanışına start verdi[/b]

2018-2019 mövsümünün hazırlıqlarını davam etdirən "Qəbələ" Sloveniya toplanışına start verib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bir həftəlik Qəbələ toplanışının ardından Sloveniyaya yollanan "qırmızı-qaralar" Moravske Toplitse bölgəsində "Hotel Ajda"da məskunlaşıblar.

Sənan Qurbanovun yetirmələri günü bir məşqlə tamamlayıb. Günün ikinci yarısında baş tutan məşqə fiziki təmrinlərlə başlayan komandanın üzvləri daha sonra toplu çalışmalar yerinə yetiriblər.

0