[b]“Qəbələ” yola saldı, atasının komandasına qayıtdı[/b]
19.06.2018 - 10:01
[b]“Qəbələ” yola saldı, atasının komandasına qayıtdı[/b]

“Qəbələ”nin yola saldığı Vitali Vernidub ölkəsi Ukraynada özünə yeni komanda tapıb. Apasport.az-ın “Zarya” klubunun rəsmi saytına istinadən məlumatına görə, müdafiəçi bu komandanın düşərgəsinə qoşulub.

Yeni mövsümün hazırlıqlarına start götürən “Zarya”da 3 yeni oyunçu var ki, onlardan biri də Vitalidi. Lakin onlar hələlik məşqlərdə iştirak edəcək, yalnız bundan sonra qalıb-qalmayacaqlarına qərar veriləcək. Lakin Vernidubun klubda qalmaq ehtimalı yüksək qiymətləndirilir. İyulun 1-də start götürəcək Sloveniya toplanışı öncəsi sabiq “Qəbələ”li ilə münasibətlərin rəsmiləşdirilməsi gözlənilir.

“Zarya”nın baş məşqçisi Vitali Vernidubun atası Yuri Vernidubdu.

Qeyd edək ki, Vernidub “Qəbələ”yə 2015-ci ildə məhz “Zarya”dan keçib. 31 yaşlı müdafiəçi 2012-2015-ci illərdə bu klubun şərəfini qoruyub.

0