[b]“Qəbələ”də ilk ayrılıq[/b] - FOTO
18.12.2017 - 12:40
[b]“Qəbələ”də ilk ayrılıq[/b] - FOTO

Premyer Liqada qış fasiləsinə ikinci pillədə yollanan “Qəbələ”də ilk rəsmi ayrılıq baş verib. Bu barədə apasport.az saytına məlumat klubdan verilib.

 

Belə ki, “qırmızı qaralar” hücumçu Ekiqo Ehiosunla yollarını ayırıb. Mövsümün əvvəlində Türkiyə klubu “Qaziantep BB”dən alınan nigeriyalı forvardın çıxışı baş məşqçi Roman Qriqorçuku qane etməyib. Bu səbəbdən müqavilə müddəti başa çatan 27 yaşlı oyunçu ilə yeni sözləşmə bağlamağa ehtiyac duyulmayıb.

 

Qeyd edək ki, Ekiqo Ehiosun “Qəbələ”yə ilk olaraq 2014-cü ilin yayında “Gənclərbirliyi” komandasından icarə əsasında keçmişdi. Bir ildən sonra “Samsunspor”un yolunu tutan futbolçu bu yay yenidən Azərbaycan klubuna qayıtmışdı.

0