22 Mart 19:34 Qəbələdə Novruz turnirinə start verildi
FUTBOL xəbərləri 22 Mart 19:34
332 baxış

Qəbələdə Novruz turnirinə start verildi

“Qəbələ” İdman Klubunun təşkilatçılığı ilə keçirilən 12 yaşadək futbolçular arasında I Novruz turnirinə start verilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Şamaxı Olimpiya Kompleksinin meydançalarında təşkil olunan yarışda 4 komanda dairəvi sistemlə mübarizə aparır.

 

Turnirdə “Qəbələ”, “Qəbələ UGİM”, “Sumqayıt İOEUGİM” və “Vətən”in U-12 komandaları qüvvələrini sınayır. Bu gün keçirilən ilk turun açılış matçında “Qəbələ” “Vətən”lə üz-üzə gəlib. Qarşılaşmanın taleyini “qırmızı-qaralar”ın vurduğu 1 qol həll edib – 1:0. “Qəbələ UGİM”lə Sumqayıt təmsilçisi arasında matçda tərəflər hərəyə 1 qol vurub və  1 xal qazanıb – 1:1.

 

Sabah iki turunun oyunları keçiriləcək turnirə yekun vurulacaq. II turda “Sumqayıt İOEUGİM”lə “Vətən”, “Qəbələ” ilə “Qəbələ UGİM” üz-üzə gələcək. Günün ikinci yarısında baş tutacaq son turda isə “Qəbələ UGİM” “Vətən”lə, “Qəbələ” “Sumqayıt İOEUGİM”lə  görüşəcək.

Xəbər lenti