[b]“Qəbələ”də serbiyalı məşqçi[/b]
13.06.2018 - 22:22
[b]“Qəbələ”də serbiyalı məşqçi[/b]

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

 

O, Sənan Qurbanovun baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək.

 

Mütəxəssis bunadək Azərbaycanda “İnter” (indiki “Keşlə”), Qazaxıstanda “Kayrat” klublarında, həmçinin Gürcüstan milli komandasında məşqçi kimi fəaliyyət göstərib.

0