[b]“Qəbələ”dən ayrıldı, ilk oyunda qol vurdu[/b]
14.01.2018 - 02:05
[b]“Qəbələ”dən ayrıldı, ilk oyunda qol vurdu[/b]

Qış fasiləsindən yararlanan klublar güclərini yoxlama oyunlarında sınayırlar. Apasport.az saytının məlumatına görə, belə komandalardan biri “Qlazqo Reyncers” də növbəti matçını keçirib.

 

“Qəbələ”nin keçmiş oyunçusu Endi Hallideyin yenidən üz tutduğu komanda Amerika turnesi çərçivəsində Braziliyanın “Korintians” klubu ilə üz-üzə gəlib. Görüş şotlandiyalıların 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Hallidey isə komandasına dönüşünü qolla qeyd edib. Oyuna ehtiyatdan başlayan Endi 70-ci dəqiqədə komandasının ikinci qoluna imza atıb.

0