[b]“Qəbələ”nin futbolçusu Litva klubunda[/b]
23.07.2018 - 19:53
[b]“Qəbələ”nin futbolçusu Litva klubunda[/b]

“Qəbələ”nin gənc futbolçusu Kamran Quliyev karyerasını ölkə xaricində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA meneceri Vaqif Heydərli sosial şəbəkədə xəbər yayıb.

 

Hücumçu Litva təmsilçisi “Yonava” ilə müqavilə imzalayıb. Hələlik anlaşmanın şərtləri və detalları haqqında məlumat verilməyib.

 

Qeyd edək ki, ötən il “Qəbələ”nin U-19 komandası ilə ölkə çempionluğunu qazanmış Quliyev həm də 19 yaşlılar arasında Azərbaycan çempionatının bombardiri olmuşdu.

0