[b]“Qəbələ”nin qələbəsi turu keçməyə yetmədi[/b]
19.07.2018 - 23:38
[b]“Qəbələ”nin qələbəsi turu keçməyə yetmədi[/b]

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçında “Qəbələ” səfərdə “Proqres”lə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Stiven Monroz 28-ci dəqiqədə komandasının yeganə qoluna imza atıb.

 

Amma bu qələbə “qırmızı-qaralar”a mərhələ keçmək üçün kifayət etməyib. Belə ki, doğma meydanda 0:2 hesabı ilə məyus olan əyalət klubu mübarizəni ilk mərhələdə dayandırmalı olub.

 

UEFA-nın rəsmi saytı qarşılıqlı hücumlar şəraitində keçən matçın statistik göstəricilərini açıqlayıb.

 

90 dəqiqə ərzində komandasını 14 dəfə real qol vəziyyətindən xilas edən ukraynalı qapıçı Dmitro Bezotosnı diqqət çəksə də, onun bu canfəşanlığı qələbəyə bəs etməyib.

 

“Qəbələ”nin çərçivəyə gedən 7 zərbəsindən 6-nı isə rəqib qapıçı dəf edib.

 

 

“Proqres”

“Qəbələ”

Qol

0

1

Topla oynama

51%

49%

Qapıya zərbə

27(14)

14(7)

Sarı vərəqə

4

5

Qırmızı vərəqə

0

1

Küncdən zərbə

4

3

Qapıçı qurtarışı

6

14

Oyundankənar

    vəziyyət

 

1

 

3

0