[b]“Qələbə hələ “Neftçi”nin turu keçməsi demək deyil” – “Sevilya”nın baş məşqçisi[/b]
15.07.2018 - 18:25
[b]“Qələbə hələ “Neftçi”nin turu keçməsi demək deyil” – “Sevilya”nın baş məşqçisi[/b]

“Neftçi” ilə “Uypeşt” arasındakı oyunu izlədim. Amma rəqibimizin kimliyini bilmək üçün ikinci matçı gözləmək lazımdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sevilya”nın baş məşqçisi Pablo Maçin deyib.

 

Komadasının “Bornmut”la hazırlıq matçından sonra ispan jurnalistlərə açıqlama verən Maçin Avropa Liqasındakı mümkün rəqibləri haqqında danışıb: “Qarşılaşmanın nəticəsi bizim üçün çox vacibdi. Çünki kimlə oynayacağımız bilsək, hazırlıq planımızı ona uyğun quracağıq. Oyuna baxdım, çox isti və nəm hava şəraitində, ağır templi görüş oldu. 3:1 hesablı qələbə hələ “Neftçi”nin turu keçməsi demək deyil. Hər iki komandanın çox yaxşı oyunçuları var. Mərhələ adlamaq üçün mümkün olan hər şeyi etməliyik. Bizim üçün əsas məsələ budur”.

 

Qeyd edək ki, ilk oyunda doğma meydanda “Uypeşt”ə 3:1 hesabı ilə qalib gələn “Neftçi” ikinci matçını iyulun 19-da səfərdə keçirəcək.

0