26 May 11:35 Qırğızıstanı gözləyən “dördlük”
FUTBOL xəbərləri 26 May 11:35
3456 baxış

Qırğızıstanı gözləyən “dördlük”

Mayın 29-da Qırğızıstanla yoxlama oyunu keçirəcək Azərbaycan millisinin futbolçularının statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının hesablamalarına görə, Qurban Qurbanovun ümumilikdə üç yoxlama oyunu nəzərdə tutduğu siyahının lideri Kamran Ağayevdi.

 

O, indiki heyətdə hamıdan çox – 72 dəfə milli forması geyinib. Lakin qapıçı “Keşlə”nin Azərbaycan kubokunun final matçında “Qəbələ” ilə qarşılaşmasında iştirak edəcəyindən Qırğızıstanla görüşü buraxmaq məcburiyyətindədi.

 

Onun “Keşlə”dəki komanda yoldaşı Slavik Alxasovun debütü də bu üzdən təxirə düşür. Heyətdəki yeganə debütant ilk matçı üçün iyunun 5-ni gözləməli olacaq.

 

“Qəbələ”nin 3 üzvü – Cavid Hüseynov, İlqar Qurbanov və Təmkin Xəlilzadə də eyni durumdadı. “Qırmızı-qaralar”ın cəza üzündən finalda oynamayacaq iki üzvü – Ruslan Qurbanovla Ürfan Abbasovun milliyə kömək etməsi mümkündü.

 

 

Yeri gəlmişkən, Cavid oyun sayında millinin 2-cisidi. İlqar isə yubiley – 30-cu matçı biz az da gözləməli olacaq.

 

Debüt və 30-cu oyun Bakı Olimpiya Stadionunda gerçəkləşməsə də, 4 yubiley qeydə alına bilər. Qara Qarayev 40-cı, Dmitri Nazarov 30-cu, Araz Abdullayev 25-ci, Pavel Paşayev 10-cu dəfə yığmanın heyətində meydana çıxmaq imkanına malikdi. Bu “dördlük” yubiley üçün Qırğızıstanlı gözləyir.

 

Hazırkı heyətin bombardiri Nazarovdu. O, yığmada 6 qol vurub. Ruslan Abışov isə 4 dəfə fərqlənib.

 

futbolçu

oyun

qol

Kamran Ağayev

72

-113

Cavid Hüseynov

54

2

Ruslan Abışov

53

4

Maksim Medvedev

45

1

Qara Qarayev

39

0

Bədavi Hüseynov

34

0

Dmitri Nazarov

29

6

İlqar Qurbanov

29

1

Araz Abdullayev

24

2

Ruslan Qurbanov

22

1

Ufuk Budak

17

0

Namiq Ələsgərov

12

0

Ramil Şeydayev

11

1

Səlahət Ağayev

11

-8

Pavel Paşayev

9

0

Riçard Almeyda

8

1

Cavid İmamverdiyev

5

0

Coşqun Diniyev

5

0

Rəhman Hacıyev

5

0

Emin Mahmudov

4

0

Mahir Mədətov

4

0

Ürfan Abbasov

4

0

Anar Nəzirov

4

-2

Amil Yunanov

3

0

Təmkin Xəlilzadə

3

0

Rahil Məmmədov

1

0

Slavik Alxasov

0

0

Xəbər lenti