[b]“Qızıl buts”u Messi "geyinəcək"[/b]
21.05.2018 - 01:56
[b]“Qızıl buts”u Messi "geyinəcək"[/b]

“Barselona”nın hücumçusu Lionel Messi 2017/2018 mövsümü “Qızıl buts” mükafatının qalibi olub.  Apasport.az saytının məlumatına görə, argentinalı ulduz bu gecə başa çatan La Liqada mövsümü 34 qolla tamamlayıb.

 

O, bu göstəriciyi 36 matçda nail olub. Bununla da 68 xal toplayan Messi “Liverpul”un misirli forvardı Məhəmməd Salahı geridə qoyub. Salah Premyer Liqada 36 oyunda 32 dəfə rəqib qapıçıları məyus etməyi bacarıb.

 

Bu, Messinin 5-ci belə uğurudu. Daha əvvəl o, 2010, 2012, 2013 və 2017-ci illərdə də Avropa ölkələrinin çempionatlarında hamıdan çox fərqlənib. Maraqlıdı ki, “Benfika”nın hücumçusu Jonas Messi ilə bərabər sayda – 34 qol vursa da, Portuqaliya çempionatının əmsalı 1.5 olduğu üçün yüksək sıralarda qərarlaşa bilməyib. “Böyük 5-lik” çempionatlarında isə hər qol 2 xalla qiymətləndirilir.

 

Bombardirlik yarışında 3-cü yeri “Tottenhem”in qol silahı Harri Keyn tutub – 30 qol, 60 xal.

0