[b]Qonaqların uğursuz, “Qarabağ”ın düşərli günü[/b]
17.07.2017 - 16:31
[b]Qonaqların uğursuz, “Qarabağ”ın düşərli günü[/b]

Avrokuboklar tarixində 6-cı dəfə Azərbaycan klubu öz oyununu iyulun 18-də keçirəcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda Gürcüstan “Samtredia”sı ilə görüşəcək “Qarabağ”a qədər 5 dəfə təmsilçilərimiz bu tarixdə qüvvəsini sınayıb.

 

2001-ci ildə “Şəmkir” Çempionlar Liqasında “Barri Taun”u qəbul edib. Təmsilçimiz favorit sayıldığı ev matçında 0:1 hesabı ilə yenilib. 5 il sonra da Çempionlar Liqasının oyununda 1 qol vurulub. Lakin bu dəfə “Bakı” öz meydanında Gürcüstan “Sioni”sindən güclü olub. Düz 12 il sonra yenidən Azərbaycan və Gürcüstan çempionları qitənin ən nüfuzlu turnirində üz-üzə gələcək ki, bu dəfə matç Tiflisdə baş tutacaq.

 

2013/14 mövsümündə isə eyni gündə 3 təmsilçimiz Avropa Liqasında meydana çıxıb. Onlardan yalnız biri – evdə oynayan “Qarabağ” qələbə qazanıb. Ağdamlılar Polşa “Pyast”ından güclü olub – 2:1.

 

“Xəzər Lənkəran” İsrail səfərində Hayfa “Makkabi”sinə, “İnter” isə Norveçdə “Tromse”yə uduzub. Hər iki komandamız eyni hesaba üzülüb – 0:2.

 

İyulun 18-də baş tutan 5 oyundan 4-də meydan sahibləri qalib gəlib ki, bu amil də “Qarabağ”ın lehinə deyil. Lakin ağdamlıların özü bu tarixdə qələbə sevinci yaşayıb.

 

0