[b]Qriqorçuk Almeydadan narazıdı: Özü başa düşməlidi ki...[/b]
18.07.2018 - 10:51
[b]Qriqorçuk Almeydadan narazıdı: Özü başa düşməlidi ki...[/b]

“Çox yaxşı başa düşürəm ki, Riçard iki ay məşq etməyib və cəmi 2 həftədi məşqlərə qoşulub”. Apasport.az saytının məlumatına görə, bunu “Astana”nın baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Qazaxıstan təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçı çərçivəsində bu gün “Sutyeska”nın qonağı olacaq. Monteneqrodakı qarşılaşmaya aparılan futbolçular arasında Azərbaycan millisinin yarımmüdafiəçisi Riçard Almeyda da var.

 

Lakin ukraynalı mütəxəssis keçirdiyi mətbuat konfransında yeni transferin debüt etməyəcəyini bildirib: “Məntiqli davranmaq lazımdı. Duyğularla hərəkət etmək olmaz. Riçardın iştirakının hələ ki, real olmadığını başa düşürük. Çünki idmanı aldatmaq çətindi. İdmanda hər şey aydındı, sistem olmalı və işlər düzgün qurulmalıdı. Əgər futbolçu hazır deyilsə, deməli, superfutbolçu deyil və meydana çıxmamalıdı. Buna görə də, səbrlə Riçardın 100 faiz hazır olduğu vaxtı gözləyəcəyik. İşin doğru tərəfi budu. Hətta biz futbolçunun meydana çıxmasını istəsək belə, o özü başa düşməlidi ki, hazır deyil. Bir sözlə, Almeydanın meydana çıxması bir qədər gec olacaq”.

 

Qeyd edək ki, “Astana” ilk oyunda 1:0 hesablı qələbə qazanıb.

0