[b]Qriqorçuk Maksimovu yenə istefaya göndərəcək?[/b]
12.03.2018 - 16:28
[b]Qriqorçuk Maksimovu yenə istefaya göndərəcək?[/b]

Azərbaycan Premyer Liqasının XX turunda üz-üzə gələcək “Keşlə”nin baş məşqçisi Yuri Maksimovla “Qəbələ”nin çalışdırıcısı Roman Qriqorçuk əvvəllər də çempionat matçında dəfələrlə görüşüblər. Apasport.az saytının məlumatına görə, ukraynalı mütəxəssislər baş məşqçi kimi öz ölkələrinin Premyer Liqasında da münasibətlərini ayırd edib.

 

Hər iki məşqçinin karyerasının böyük hissəsi vətəndən kənarda keçib. Qriqorçuk 10 il Latviyada, 3 il Azərbaycanda çalışıbsa, hazırda istefası gözlənilən Maksimov isə Belarus, Rusiya və Qazaxıstanın hərəsində 1 il fəaliyyət göstərib.

 

Onların vətəndəki işi isə təxminən eyni dövrə təsadüf edib. 2009/10 mövsümündə Premyer Liqada debüt edən çalışdırıcılardan Maksimov 2013/14, Qriqorçuk 2014/15 mövsümünədək burada çalışıb.

 

2009/10 mövsümündə hər iki məşqçi öz klubunda tam fəaliyyət göstərmədiyindən yolları da kəsişməyib. Növbəti ildə isə Qriqorçuk aşağı dəstəyə “Çernomorets”ə yollanıb.

 

Nəticədə onların ilk dueli 2011/12 mövsümündə qeydə alınıb. Maksimovun rəhbərlik etdiyi “Krivbass” hər iki görüşdə Odessa klubunu məğlub edib – 1:0, 2:1.

 

“Keşlə”nin baş məşqçisi növbəti mövsümdə Donetsk “Metallurq”una rəhbərlik edib. İlk dövrədə “Çernomorets” 3:0, ikinci yarıda isə Donetsk təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.

 

Qriqorçukla Maksimovun ölkə çempionatlarına təsadüf edən və hamısı Ukraynada yaşanan 2013/14 mövsümündə keçirilib. 2013-cü il avqustun 4-də Odessada baş tutan matç meydan sahiblərinə 1:0 hesablı qələbə qazandırıb. “Qəbələ”dən tanıdığımız Aleksey Antonovun qolu Qriqorçukun komandasına 3 xal gətirib. Dmitri Bezotosnı və Aleksey Qayın da Odessadakı matçın iştirakçısı olub. Maksimov isə həmin məğlubiyyətlə istefaya göndərilib və bir daha Ukrayna Premyer Liqasına dönməyib.

 

Qriqorçukla duellərdə 3 qələbə qazanıb, 2 dəfə məğlub olan Maksimov startdakı 4 matçda 4 xal topladığı üçün işsiz qalıb.

 

 

0