[b]Qurban Qurbanov: Kiminsə yeri görünmür[/b]
14.04.2018 - 18:22
[b]Qurban Qurbanov: Kiminsə yeri görünmür[/b]

“Vacib qələbə qazandıq. Gəncədə oynamaq bizim üçün həmişə çətin olub”. Apasport.az saytının məlumatına görə bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

 

Topaz Premyer Liqasının XXIII turunda səfərdə “Kəpəz”lə qarşılaşan ağdamlılar minimalhesablı qələbə qazanıblar.

 

Matçdan sonra mətbuat konfransı keçirən Qurbanov jurnalistlərin suallarını cavabıandırıb: “Son matçlarda rəqib yaxşı oyun sərgiləyirdi. Qalib gəlməyimizə baxmayaraq, çətin görüş oldu. Rəqibə gələn oyunlarda uğurlar arzulayıram”.

 

- Mahir Mədətovun iştirak ərizəsinə salınmamasının səbəbi nədi?

- Yaxşı formada olmadığından onu iştirak ərizəsinə salmağı laızm bilmədim.

 

- Ramil Şeydayev bu gün “Qarabağ”da ilk qolunu vurdu. Bu, onun daha yaxşı oyun sərgiləməsinə nə dərəcədə kömək olacaq?

- O, son vaxtlar yaxşı təsir bağışlayır. Onun qol vurmasına sevindim. Lakin bu hələ heç nə deyil. Elə epizodlar var ki, həmin epizodalarda daha yaxşı oynamalıdı.

 

- Ağabala Ramazanov uzun zədədən sonra heyətə qayıdıb...

- O da zədədən yeni qayıdıb. Öz üzərində çalışır. Ümid edirəm, gələcəkdə daha yaxşı forma yığacaq.

 

- Artıq ən yaxın izləycinizi bir xeyli qabaqlayırsız. Bu, gələcək oyunlarda motivasiya cəhətdən çətinlik törətməyəcək ki?

- Əlbəttə, çətinlik yarada bilər. Əsasən, bizim gənc futbolçularımız Mahir, Ramil oyunlara yaxşı köklənməlidilər. Hər oyuna motivasiya ilə çıxmasalar, inkişaf edə bilməzlər.

 

- Xama Billiatın meneceri “Qarabağ”dan təklif aldıqlarını deyib...

- Bizim təklifimiz olmuşdu. Ancaq bu, qışda idi. Bundan sonra Billiata yeni təklif göndərməmişik.

 

- Sanki komandada Ndlovunun yeri görünür...

- Mən heç kimin yerinin göründüyünü düşünmürəm. Transfer məsələsi ilə bağlı ilboyu iş gedir. Kiminsə yerinin görünməsi və ya görünməməsi əsas deyil. Əsas odu ki, mən komandama, futbolçularıma güvənirəm. Hazırda istədiyim hamı komandadadı.

 

- Yayda hansı mövqeni gücləndirmək istəyirsiz?

- Açıq deyim, hər mövqe üzrə axtarışdayıq. Bütün mövqelər üzrə danışıqlar apardığımız futbolçular var.

0