[b]Qurban Qurbanov rəqibini qabaqlayacaq[/b]
25.09.2017 - 14:54
[b]Qurban Qurbanov rəqibini qabaqlayacaq[/b]

Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Roma” (İtaliya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sentyabrın 26-da "Azərsun Arena"nın mətbuat zalında baş media mənsublarının önünə çıxacaq.

 

Onun iştirakı ilə keçiriləcək mətbuat konfransı saat 17:00-da start götürəcək. “Qarabağ”ın son məşqi isə saat 17:30-da klubun Suraxanı qəsəbəsində yerləşən bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

“Roma”nın baş məşqçisi Eysebio di Françesko isə saat 18:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İtaliya təmsilçisinin son məşqi isə saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

0