[b]Qurban Qurbanov üçün əlamətdar oyun[/b]
17.07.2018 - 09:39
[b]Qurban Qurbanov üçün əlamətdar oyun[/b]

Çempionlar Liqasının I təsnifat mərhələsinin sabah keçiriləcək cavab oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssis baş məşqçi kimi 80-ci avrokubok sınağına çıxacaq.

 

Sloveniyanın “Olimpiya” klubu ilə görüşədək Qurbanovun hesabında 79 oyun var. Qitə miqyaslı turnirlərdə 2007-ci ildə “Neftçi”nin baş məşqçisi kimi debüt edən mütəxəssis iki komandanı – “ağ-qaralar”la indiki klubunu qitə səhnəsinə çıxarıb.

 

Bu qarşılaşmalarda Qurbanovun komandaları 33 qələbə qazanıb. Onun yetirmələri 22 dəfə heç-heçə edib və 24 dəfə uduzub.

 

Arxada qalan 79 matçda 87 qola sevinən mütəxəssis qapıçılarının 81 üzüntüsünə şahid olub.

0