16 Mart 17:19 Qurban Qurbanovdan iki göstəriş
FUTBOL xəbərləri 16 Mart 17:19
889 baxış

Qurban Qurbanovdan iki göstəriş

Azərbaycan milli komandasının məşqçisi Elçin Rəhmanov yığmamızın rəqiblərinin oyunlarını izləyəcək. Apasport.az saytının məlumatına görə, yığmanın baş məşqçisi Qurban Qurbanovun göstərişinə əsasən, səfərə yollanacaq çalışdırıcı iki görüşü stadiondan seyr edəcək.

 

O, UEFA Millətlər Liqasında millimizlə eyni qrupda mübarizə aparacaq komandaların oyunlarına baxacaq. Rəhmanov martın 24-də Fransada keçiriləcək Kosovo – Madaqaskar, ayın 25-də isə İspaniyada təşkil olunacaq Farer adaları – Lixtenşteyn qarşılaşmaları zamanı stadionda olacaq.

 

Mənbə: affa.az

Xəbər lenti