23 May 22:04 Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı
FUTBOL xəbərləri 23 May 22:04
307 baxış

Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Qırğızıstan yoldaşlıq oyunu ərəfəsində millimizin mətbuat üçün açıq məşqinin və baş məşqçi Qurban Qurbanovla bir neçə futbolçunun iştirak edəcəyi mətbuat konfransı keçiriləcək. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, artıq bu tədbirlərin vaxtı dəqiqləşib.

 

Mayın 26-da ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşq baş tutacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı hazırlıq 18:00-da başlayacaq.

 

Qurbanovun mətbuat konfransı ertəsi gün olacaq. “Hyatt Ragency oteli”nin Nizami zalında gerçəkləşəcək tədbir saat 12:00-da start götürəcək.

Xəbər lenti