22 Aprel 20:58 Qurbanov Mircavadovu taxtdan saldı
FUTBOL xəbərləri 22 Aprel 20:58
2287 baxış

Qurbanov Mircavadovu taxtdan saldı

Topaz Premyer Liqasının XXIV turunda səfərdə “Sumqayıt”a qalib gələn “Qarabağ” çempionluğu erkən rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, ağdamlılar bunu sona 4 tur qalmış bacarıblar.

 

Tarixində ardıcıl 5-ci, ümumilikdə isə 6-cı dəfə bu uğura yiyələnən Ağdam klubu son 5 çempionluğu Qurban Qurbanovun rəhbərliyi altında əldə edib.

 

2013/14 mövsümündən bu yana ilk pilləni heç kimə verməyən Hoca çempionluq sayında Ağasəlim Mircavadova çatıb.

 

Mircavadov 5 çempionluğu 4 fərqli klubla (“Şəmkir” (2), “Qarabağ”, “Neftçi”, “Xəzər Lənkəran”) qazanıbsa, Qurbanov bunu yalnız “Qarabağ”la bacarıb.

 

Mövsüm Çempion

1992 Əhməd Ələsgərov

1993 Ağasəlim Mircavadov

1993/94 Kazbek Tuayev

1994/95 Mehman Allahverdiyev

1995/96 Kazbek Tuayev

1996/97 Kazbek Tuayev

1997/98 Mehman Allahverdiyev

1998/99 Mehman Allahverdiyev

1999/2000 Ağasəlim Mircavadov

2000/01 Ağasəlim Mircavadov

2001/02 yarımçıq qalıb

2003/04 Kazbek Tuayev

2004/05 Ağasəlim Mircavadov

2005/06 Böyükağa Hacıyev

2006/07 Ağasəlim Mircavadov

2007/08 Valentin Xodukin

2008/09 Qyoko Hacievski

2009/10 Kaxaber Sxadadze

2010/11 Arif Əsədov

2011/12 Böyükağa Hacıyev

2012/13 Böyükağa Hacıyev

2013/14 Qurban Qurbanov

2014/15 Qurban Qurbanov

2015/16 Qurban Qurbanov

2016/17 Qurban Qurbanov

2017/18 Qurban Qurbanov

Xəbər lenti