[b]Qurbanovun köməkçisi müəyyənləşdi [/b]
17.06.2018 - 20:27
[b]Qurbanovun köməkçisi müəyyənləşdi

[/b]

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanovun köməkçilərindən biri müəyyənləşib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəni Rəşad Abdullayev yerinə yetirəcək.

 

2009-2012-ci illərdə "Neftçi”də çıxış etmiş Abdullayev "Xəzər Universiteti”, "Xəzər Lənkəran”, "Qəbələ”, "Rəvan”, AZAL və "Zirə” klublarında da oynayıb. Azərbaycan milli komandasının heyətində 10 oyunda meydana çıxıb.

 

Abdullayev futbolçu karyerasını başa vurandan sonra "Neftçi”nin U-19 komandasında baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

 

0