[b]Qvardiolanın tələbi: müdafiəçilər alınmalıdı![/b]
13.12.2017 - 14:27
[b]Qvardiolanın tələbi: müdafiəçilər alınmalıdı![/b]

“Mançester Siti” qışda heyətini bir qədər də gücləndirmək niyyətindədi. Apasport.az saytı “Fourfourtwo” nəşrinə istinadən xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola rəhbərliklə söhbətində müdafiə xəttinə yeni futbolçular tələb edib.

 

Bu, 2 futbolçu Benjamen Mendi və Con Stounzun zədəli olması, uzun müddətə sıradan çıxması ilə əlaqədardı.

 

Məsələ ilə bağlı qısa fikir bildirən Qvardiola problemin olduğunu təsdiqləyib: “Mançester Siti”də müdafiəçi azdı. Yeni futbolçular alınmasa, bu heyətlə bütün turnirlərdə oynamaq çox çətin olacaq”.

0