[b]Rauf Əliyev "Kukesi"də debüt etdi[/b]
19.08.2017 - 17:02
[b]Rauf Əliyev "Kukesi"də debüt etdi[/b]

Albaniyanın “Kukesi” klubu ölkə çempionatında yeni mövsüm öncəsi Makedoniyaya təlim-məşq toplanışına yollanıb. Apasport.az saytı xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rauf Əliyevin yeni komandası bu ölkədəki hazırlıq çərçivəsində ilk yoxlama oyununa da çıxıb.

 

Son Albaniya çempionu yerli “Labunişta” klubu ilə qarşılaşıb. "Kukesi" bu görüşdən 2:0 hesablı qələbə ilə ayrılıb.

 

Əliyev start heyətində yer alıb və oyunu əvəzlənmədən keçirib. Buna baxmayaraq, o, debüt matçında fərqlənə bilməyib.

0