[b]Rauf Əliyev "Qəbələ"də qol hesabını açdı[/b]
18.06.2018 - 16:37
[b]Rauf Əliyev "Qəbələ"də qol hesabını açdı[/b]

“Qəbələ” 2018/19 mövsümünün hazırlıqları çərçivəsində ilk yoxlama oyununu keçirib. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, Qəbələdə təşkil olunan təlim-məşq toplanışını başa vuran “qırmızı-qaralar” Bakıda MOİK-lə qarşılaşıb.

Matçda hesabı paytaxt təmsilçisi açıb. MOİK-in heyətində Elmir Tağıyev fərqlənib. “Qəbələ”nin bərabərlik qoluna isə Rauf Əliyev imza atıb. Hücumçu penalti zərbəsini dəqiq yerinə yetirib – 1:1.

 

MOİK – Qəbələ - 1:1

Qollar: Elmir Tağıyev – Rauf Əliyev (p.)

 

Xatırladaq ki, mövsümlərarası hazırlıq prosesinə iyunun 12-də Qəbələdə başlayan “qırmızı-qaralar” ayın 20-də Sloveniyada təlim-məşq toplanışına start verəcək.

0