[b]Rauf Əliyev rəsmən “Kukesi”də[/b]
15.08.2017 - 09:17
[b]Rauf Əliyev rəsmən “Kukesi”də[/b]

Azərbaycan futbolçusu Rauf Əliyev Albaniyanın “Kukesi” klubu ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, bunu klubun rəsmi saytı açıqlayıb.

 

Yay fasiləsində fəal olan Albaniya təmsilçisi daha iki oyunçusununun təqdimat mərasimini keçirib. Onlardan biri Azərbaycan millisinin sabiq hücumçusudu.

 

Bakı “İnter”i sabiq futbolçusunun keçidinə əngəl olmaya çalışsa da, Raufun “Kukesi”ylə anlaşması baş tutub. Bu da o deməkdi ki, Əliyev bu ölkədə çıxış edən ilk həmyerlimiz olacaq.

0