[b]Rauf Əliyevin komandasından əzmkar qələbə[/b]
18.12.2017 - 00:02
[b]Rauf Əliyevin komandasından əzmkar qələbə[/b]

Albaniya Super Liqasında XV tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, milli komandamızın hücumçusu Rauf Əliyevin çıxış etdiyi “Kukesi” də növbəti oyununu keçirib.

 

Sözügedən komanda səfərdə “Teuta” ilə qarşılaşıb. Matçın gedişində hesabda geri düşən “Kukesi” sonradan iki qol vuraraq səfər qələbəsi qazanıb.

 

Rauf Əliyev qarşılaşmada iştirak etməyib.

 

Qeyd edək ki, geridə qalan 15 oyundan sonra aktivində 25 xal olan “Kukesi” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 

0