21 Oktyabr 21:42 Rauf qollara, “Kukesi” qələbələrə davam edir
FUTBOL xəbərləri 21 Oktyabr 21:42
3856 baxış

Rauf qollara, “Kukesi” qələbələrə davam edir

Futbol üzrə Albaniya çempionatında VII tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Rauf Əliyevin formasını geyindiyi “Kukesi” də növbəti matçına çıxıb.

 

Sözügedən komanda səfərdə “Luftetari” ilə qarşılaşıb. Görüş Rauf və komandası üçün uğurlu olub – 3:0.

 

Qarşılaşmaya start heyətində başlayan Əliyev 73-cü dəqiqədə fərqlənərək matçın nəticəsini təyin edib.

 

Bu, Raufun “Kukesi”nin heyətində ardıcıl 3-cü qoludur.

 

Qeyd edək ki, 7 oyundan sonra aktivində 16 xal olan “Kukesi” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xəbər lenti