28 May 01:36 “Rayo Valyekano” yenidən Primerada
FUTBOL xəbərləri 28 May 01:36
438 baxış

“Rayo Valyekano” yenidən Primerada

“Rayo Valyekano” İspaniya Primerasına qayıdır. Apasport.az saytının məlumatına görə, Sequndanın 41-ci turunda “Luqo”nu 1:0 hesabı ilə məğlub edən komanda yüksək liqaya vəsiqəni təmin edib.

 

“Ueska”dan sonra elitaya vəsiqə qazanan 2-ci komanda olan “Rayo Valyekano” sonuncu dəfə 2015/16 mövsümündə güclülər sırasında çıxış edib. Primeraya sonuncu vəsiqənin sahibi isə pley-offda müəyyənləşəcək.

 

Bu mərhələdə “Sportinq” və “Saraqosa”nın iştirakı dəqiqləşibsə, digər iki komanda son turda bəlli olacaq.

 

Qeyd edək ki, Primeranı “Deportivo”, “Las-Palmas” və “Malaqa” tərk edib.

 

Xəbər lenti