21 Aprel 23:00 “Real” 62 milyondan imtina etdi
FUTBOL xəbərləri 21 Aprel 23:00
757 baxış

“Real” 62 milyondan imtina etdi

“Real”ın futbolçusu Marko Asensio “Liverpul”un diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, mersisaydlılar artıq oyunçu üçün “kral klubu”na təklif də göndərib.

 

İngilislər ispan futbolçu üçün 62 milyon avro versələr də, madridlilər təklifi qəbul etməyiblər.

 

Qeyd edək ki, M. Asensionun “Real”la müqaviləsi 2022-ci ildə başa çatır. O, bu mövsüm 17  oyunda 3 qol vurub, 1 qolun ötürməsini verib.

Xəbər lenti