"Real" "Barselona"nın transfer hədəfinə elçi düşüb
22.06.2018 - 10:50
"Real" "Barselona"nın transfer hədəfinə elçi düşüb

“Bavariya”nın yarımmüdafiəçisi Tiaqo Alkantara karyerasını İspaniya La Liqasında davam etdirə bilər. Apasport.az saytının “Marca”ya istinadən məlumatına görə, “Real” ispaniyalı futbolçu ilə yaxından maraqlanır.

 

Madrid klubu Tiaqonu oyun təcrübəsinin azlığı səbəbindən komandanı tərk etməyi planlaşdıran Mateo Kovaçiçin alternativi qismində görür. Yığmada Alkantara ilə birlidkə çalışan “Real”ın yeni baş məşqçisi Xulen Lopetegi də onun oyun tərzinə yaxşı bələddi.

 

Daha öncə “Real”ın əzəli rəqibi “Barselona”nın Tiaqonu heyətinə qatmaq üçün 70 milyon avro ödəməyə hazır olduğu haqqında xəbərlər yayılmışdı.

0